Bakıda məmur balalarına bu "azadlığı" kim verib? - FOTO
10 May 2014 12:53
Bakıda yanan "Maserati" daha bir nömrə fırıldağını üzə çıxarıb. Millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədovun ardından daha bir bahalı nömrənin bir neçə maşına bağlanması məlum olub. Milli.Az xəbər verir ki, bu gün səhər saatlarında Rəşid Behbudov küçəsində Rüfət Abdullayevə məxsus yanan "Maserati"nin 10 LL 010 dövlət nömrə nişanının bir neçə maşına bağlanması üzə çıxıb. Həmin nömrə ayrı-ayrı vaxtlarda "BMW" və "Range Rover" markalı avtomobillərə vurulub.
Məsələ ilə bağlı yol polisinin mövqeyini öyrənmək cəhdimiz alınmadı.
Anar Məmmədov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




