Məşhur avtomobil şirkəti 780 min avtomobilini geri çağırır

10 May 2014 13:04
Amerikanın məşhur avtomobil brendi olan Chrysler elektronik şüşə qaldırıcılarında olan problemlərə görə 780 min avtomobilini geri çağırır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, əsasən 25 avqust 2010-cu il tarixindən 31 oktyabr 2013-cü il tarixinə qədər istehsal olunmuş Dodge Caravan və Chrysler Town & County avtomobilləri geri çağırılır.

Şirkətin nümayəndəsi Erik Meyn bildirib ki, 36 ədəd avtomobildə eyni problem aşkar olunub. Həmin problemlərin bir neçəsi qapının içinə yağış suyu düşməsi ucbatından ortaya çıxıb. Bununla belə, şirkət ehtimal edir ki, həmin problem ucbatından maşında yanğın da yarana bilər.

Milli.Az