Məşhur şirkət nasist simvolundan istifadə edib
10 May 2014 12:46
Amerikanın "Procter & Gamble" şirkəti məhsullarından birinin üzərində Hitler rejimi ilə bağlı olan simvoldan istifadə etdiyinə görə, istehlakçılardan üzr istəyib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, yuyucu toz paketinin üzərində "88" rəqəmi yazılıb. Həmin formalı rəqəm adətən nasist çağırışlarında istifadə edirdilər.
Şirkət etiraf edib ki, həmin simvolu məqsədyönlü şəkildə istifadə etməyib. "Procter & Gamble"ın nümayəndəsi Qabi Hassinq şirkətin istifadə etdiyi simvol ultra-sağçı ideologiya ilə assosiasiya olunduğuna görə, çox peşman olduqlarını deyib.
Onun sözlərinə görə, həmin rəqəm bir paketlə yuyulmuş paltarların sayını ifadə edib.
Milli.Az