Təyyarə quşla toqquşub geri qayıtdı
10 May 2014 12:11
Amerikanın US Airways aviaşirkətinə məxsus təyyarə Vaşinqtona yola düşərkən yarı yoldan qayıdıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, təyyarə La Quardiya hava limanında enib. Təyyarəni geri qaytaran quş olub.
Göyərtəsində 96 nəfər sərnişin və 5 nəfər heyət üzvü olan "Airbus A319" təyyarə göydə quşla toqquşub. İnsidentdən sonra pilot geri dönmək qərarına gəlib. Təyyarə uğurlu eniş edib və sərnişinlər başqa reyslə yola salınıblar. Xəsarət alan olmayıb.
ABŞ-ın mülki aviasiya idarəsi hadisə ilə bağlı araşdırmaya başlayıb.
Milli.Az