Ən seksual rus qızları – FOTOSESSİYA

18 Noyabr 2010 13:06
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ilk yeri məşhur futbolçu Kriştianu Ronaldunun sevgilisi, model İrina Şeyk tutub. İkinci sırada məşhur tennisçi Mariya Şarapova, üçüncü pillədə isə dünyanın ən məşhur modellərindən olan Natalya Vodyanova gəlir.
"Miss Rusiya-2009" müsabiqəsinin qalibi olmuş Sofiya Rudeva 4-cü, model İrina Voronina 5-cidir. Sonrakı 2 pillə də modellərə məxsusdur - Nataşa Qalkina və Valentina Zelyayeva.
Məşhur Janna Friske 8-ci, rus əsilli amerikan aktrisası Anna Moznikova 9-cu pillədədirlər. "Onluq"da sonuncu pilləni Mariya Kirilenko tutur.

Milli.Az