Dünya təcrübəsi göstərir ki, hər bir dövlətin inkişaf yolunu müəyyən edən başlıca amillərdən biri milli lider faktorudur. Milli lider fenomeninin elmi əsaslar üzərində müəyyənləşdirdiyi mükəmməl strategiya ölkənin iqtisadi inkişaf potensialının reallaşdırılmasını təmin edir və bu potensialın hər bir vətəndaşın mənafeyinə xidmət etməsinə geniş imkanlar yaradır. XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri kimi Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində özü üçün abidə ucaldan ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyasının müəllifidir.İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Heydər ƏLİYEV