Ford Focus RS qayıdır

9 May 2014 21:37
"Ford Focus RS" bazarda ən güclü qabaq ötürücülü hot-hetç hesab olunurdu, lakin demək olar ki, dörd il bundan əvvəl tarixə keçdi. "Ford"-da gah modifikasiyanı bərpa etməyi planlaşdırır, gah da bu fikirdən imtina edirdilər. İndi isə, şaiyələrə görə, vəziyyət müəyyənləşib: yeni nəsil "Focus RS" 2016-cı ildə meydana gələcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, Auto Express Britaniya nəşriyyatı öz mənbələrinə istinadən (Ford Europe-un top-menecerlərindən biri Barb Samarciç də daxil olmaqla) bildirir ki, ən güclü və sürətli "Fokuslardan" birinin hazırlanması artıq başlanıb. Bundan başqa, "Ford" yenə də bütün rəqibləri keçmək niyyətndədir - lakin hələlik istehsalçının kimi rəqib hesab etdiyi dəqiqləşdirilmir.
 

Bəzi məlumatlara görə, yeni nəsil "Ford Focus RS" "Ford Mustang"-da istifadə edilən EcoBoost ailəsindən 2,3 litlrik turbomühərrik əldə edə bilər. Kupenin kapotunun altında o 304 a.g. verir, lakin "Focus RS" üçün onun gücünü 350 a.g.-nə çatdıra bilərlər. Keçən nəsil "Focus RS500"-ün xüsusi son modifikasiyası məhz belə gücə malik idi.
 

"Ford"-da öz prinsiplərinə sadiq qalmağa hazırlaşırlar: "Focus" ailəsinin flaqmanı əvvəlki kimi qabaq ötürücülü olacaq və firma asılqanı RevoKnuckle-ı saxlayacaq. Avtomobil həmçinin elektriklə idarə olunan differensial əldə edəcək. Auto Express portalının verdiyi məlumata görə, "Ford Focus" ailəsi 2017-ci ildə nəsili tamamilə dəyişəcək. Hetçbekin ən güclü versiyasını isə şirkət bir il tez buraxacaq.

Milli.Az