Hollivudun ən yaraşıqlı "qoca"sı müsəlman qızı ilə evlənir - FOTO
8 May 2014 17:30
Tanınmış aktyor Corc Kluni və Amal Alamuddin 5 aydan sonra evlənəcəklər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, cütlük toyu tanşlıqlarının bir illiyində etmək niyyətindədirlər. Corc və Amal ötən ilin sentyabr ayında xeyriyyə tədbirlərinin birində tanış olublar.
Corc Amala beş dəfə sevgi etirafı edib. Xanım yalnız 5-ci etirafdan sonra münasibət qurmağa razı olub. Livan əsilli Amal aktyorla münasibət qurmazdan əvvəl ailəsi ilə məsləhətləşib.
Amala 750 minlik nişan üzüyü verməzdən əvvəl Kluni elçiliyə də gedib. O, Dubayda Amalın ailəsi ilə tanış olaraq, onların xeyir-duasını alıb. Amalın atası Rəmzi onların izdivacına razılıq verib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.