Kişinin qadına vurulması üçün nə qədər vaxt lazımdır?

18 Noyabr 2010 13:15
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, alimlər fikrincə, ilk görüşdə kişinin qadına baxışı 8,2 saniyə çəkirsə, əminliklə onun qarşısındakına vurulduğunu söyləmək olar. Mütəxəssislər bu qənaətə 115 nəfər arasında aparılan araşdırma nəticəsində gəlib. Məlum olub ki, qadın ilk baxışdan kişiyə cazibədar təsir bağışlamırsa, bu baxış maksimum 4,5 saniyə davam edir.

Milli.Az