Milli.Az auto.az-a istinadən bildirir ki, yaponiya KİV-lərinin məlumatına görə, onun platforması daha bir kompakt üçün baza olacaqdır. Hipotetik hetçbek "Mazda2"-dən təkcə platformanı deyil, həm də SkyActiv sırasının güc qurğularını götürəcək, ban və interyer isə orijinal elementlər əldə edəcək. Bundan başqa, "yüklənmiş" "Mazda2"-nin meydana gəlməsi də istisna edilmir. Bu model "Mini Cooper S" və "Citroen DS3 Racing" ilə rəqabət aparacaq.
Şaiyələrə görə, yenilik "Verisa" adlanacaq. Hazırda bu adla Yaponiyanın daxili bazarında ötən nəsil "Mazda2"-nin platformasında kompaktven satılır. Lakin generasiya dəyişikliyi ilə "Verisa" tamamilə yeni modelə çevriləcək. Yapon nəşriyyatının verdiyi məlumata görə, "Mazda"-dan olan premial kompakt gələn yaz Cenevrə sərgisində debüt edə bilər. İlkin proqnozlara görə, yeniliyin satışları 2016-cı ildən başlayır.
Milli.Az