Apple sapfir şüşələrə keçir

8 May 2014 22:54
Bir neçə il bundan əvvəl elektronika sahəsində, demək olar ki, alüminium materialdan istifadə olunmayıb. Yalnız 2008-ci ildə ilk metal MacBook işıq üzü görüb. O zaman bütöv metal korpusların istehsalına böyük vəsait xərclənmişdi, amma nəticədə alüminium sənayesi irəliyə doğru addımlayıb. Doğrudanmı, Apple sapfir şüşə ilə bağlı eyni şeyi təkrarlamağa hazırlaşır?

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2008-ci ilədək elektronika sahəsi üçün alüminium korpusların istehsalına xeyli pul sərf olunub və demək olar, heç kəs tərəfindən istifadə olunmayıb. O zaman yalnız bəzi istehsalçıların qurğuları metal korpusla təchiz edilmişdi.

Apple şirkətinin sayəsində alüminium korpus istehsalı hazırda çox ucuz və daha sadə başa gəlir - KGI Securities şirkətinin analitiki Minq-Çi Kuo deyib. Məhz onlar bütöv alüminium hissəciyindən noutbuk korpusları yaradılmasının ucuz üsulunu ixtira ediblər.

Ötən ilin sonunda Apple şirkəti sapfir şüşə istehsalçısı GT Advanced Technologies şirkətinin inkişafına xeyli məbləğdə sərmayə qoyub. Amma şirkət nümayəndələri bildiriblər ki, öz məhsulunu yalnız Apple şirkətinə satmaq niyyətində deyillər. O vaxtdan etibarən Kupertino şirkəti səy göstərir ki, rəqiblərinə heç nə çatmasın.

Sapfir material kimi çox cazibədar olsa da, istehsalı əsl dəhşətdir - Vertu şirkətinin direktoru deyib. Öz elastikliyi və emaletmə sadəliyi ilə fərqlənir.

Milli.Az