Milli.Az show.az-a istinadən xəbər verir ki, Murad Rzayev ömrünü bu ansamblın daim ayaqda durmasına həsr etmiş bir şəxsiyyətdir. 1976-ci ildə Ağdam Rayon Pioner və Məktəblilər Evinin (indiki Uşaq Yaradıcılıq Mərkəzi) də "Qarabağ Bülbülləri"ini Murad Rzayev yaradıb.
Ansamblın ərsəyə gəlməsində onun müstəsna xidməti olub. Məhz bu insanın sayəsində Azərbaycan incəsənəti Tacir Şahmalıoğlu, Teymur Əmrah, Aygün Bayramova və digər istedadlı ifaçıları yetişdirib.
Həmin vaxtdan 30 ildən çox keçib. "Qarabağ bülbülləri"ndə bir neçə heyət dəyişib.
İlk ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman almış, 12 sənədli və bədii filmdə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülmüşdür. 1977-ci ildə "Qarabağ bülbülləri" adlı sənədli film çəkilib. Film Qarabağın dahi müğənnilərinin, muğam ustalarının yolunu davam etdirən gənc xanəndələrə həsr olunmuşdur. Kinolent gənc müğənnilərin məlahətli mahnılarının sədaları altında gözəl Qarabağın tarixi yerlərini, təbiətini əsrarəngiz gözəlliklərini əks etdirir.
"Qarabağ bülbülləri" ansamblının üzvləri Tacir Şahmalıoğlu, İlhamiz Paşayev, İzahat Cəfərov və Əli Hüseynov olub. Məşhur dördlükdən hazırda ən çox tanınanı Tacir Şahmalıoğludur.
Qeyd edək ki, ansambla Surxay Əlibəyli eyni adlı kitab da həsr edib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.