Uşaqlarda qurd parazitləri (helmintozlar) təhlükəli xəstəliklər yaradır. Bəzi valideynlər bu xəstəliyə təhlükə kimi yox, həyat tərzi kimi baxırlar. "Hər kəsdə qurd var" kəlməsini hamımız işlədirik. Amma çox vaxt da bu parazitlərin həyatımız üçün nə qədər təhlükəli olduğunun fərqinə varmıraq. Ağlımıza gəlməyən xəstəlikləri qurdlar törədir. Hətta elə xəstəliklər ki, cərrahi müdaxilələrə gətirib çıxarır.Lalə Mustafayeva: "Bağırsaqların yuyulması üsulu düzgün tətbiq edilmədikdə fəsadlara yol açır, insan orqanizminə lazım olan mikroelementləri də yuyub aparır"