Milli.Az auto.az-a istinadən bildirir ki, bunu dərk edən Koliforniyanın lüks avtomobillər üzrə diler mərkəzi "Eurocar" 2010-cu il buraxılışı olan "Mercedes S550"-i üzərində işə başladı.
Rəsmi avtomobilin tənzimlənməsində alman atelyesi "Brabus"-un asmasından, yeni təkər disklərindən istifadə edilib, eksteryerdə isə qara rəng əlavələr ilə onun yüksək statuslu olmasına işarə edilib.
"Eurocar"-dan "Brabus" asması alan lüks alman sedanı "Mercedes-Benz S550 (W221)" qabaq bamperdə karbondan aşağı dodaq, ventilyasiya kəsikləri və karbon əlavələri olan yenidən işlənmiş qabaq qanadlar, yan ətəklər, "S63 AMG" versiyasının arxa bamperi və "Brabus" diffuzoru alıb.
Xarici görünüşdə də avtomobil məşhur tünerin emblemini, baqaj kənarında ensiz spoyler, kənarlarda diolu işıqlandırma və 22-düymlük tutqun qara 5-milli "Giovanna" diskləri alıb.
Qara bana təzad yaratmaq üçün bütün dekorativ elementlər, o cümlədən radiator barmaqlığı xromlaşdırılıb, şüşələr tündləşdirilib. Sonda "Mercedes-Benz S550" "Brabus" qazburaxma sistemi və daha möhtəşəm interyer alıb.
Milli.Az






