Slavyanskda döyüş gedir: 4 hərbçi öldü - YENİLƏNİB

7 May 2014 14:39
14:39

Bu gün Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində keçirilmiş xüsusi əməliyyat zamanı 4 ukraynalı hərbçi ölüb.

Trend-in çərşənbə günü "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, antiterror əməliyyatında daha 22 ukraynalı hərbçi yaralanıb.

Qeyd edək ki, mart ayından etibarən Ukraynanın şərqində federal üsuli-idarəsi haqqında referendumun keçirilməsi tələbi ilə hökumət əleyhinə aksiyalar keçirilir.

X X X 

Ukraynanın güc strukturları Donetsk vilayətinin Mariupol Şəhər Şurasını fəallardan azad ediblər. Trend-in çərşənbə axşamı "RBK-Ukrayna" saytına istinadən verdiyi məlumata görə, Şəhər Şurasının binasında təqribən 20 nəfər olub.

Hazırda separatçılar mərkəzə doğru çəkilsələr də, hücuma keçməyiblər. Onlar sadəcə nümayiş keçirirlər.

Qeyd edək ki, rusiyayönümlü fəallar Şəhər Şurasını aprelin 13-də zəbt etmişdilər.

----------
11:49

Ukraynanın Slavyansk şəhərində hökumət qüvvələri ilə terrorçular arasında döyüş gedir.

APA-nın məlumatına görə, bu barədə Hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitri Tımçuk öz "Facebook" səhifəsində yazıb.

Məlum olub ki, bir qrup terrorçu mühasirəni yararaq şəhərdən çıxmağa cəhd edib. Lakin hökumət qüvvələri buna imkan verməyib.

Hazırda blok-postların birində atışma davam edir.

Tımçuk qeyd edib ki, hərbçilər arasında itki yoxdur.

Milli.Az