Şahzadə təyyarədə şok yaratdı - FOTO

7 May 2014 10:40

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, şahzadə Uilyam sərnişin təyyarəsində adi adam kimi davranaraq görənləri heyrətləndirib.
 

"American Airlines" aivaşirkətinin təyyarəsi ilə ABŞ-ın Memfis şəhərindən Dallasa yollanan şahzadə Uilyam biznes-klass bölməsinə bilet almaq əvəzinə, adi vətəndaşlar təki ekonom-klassda oturub.
 

O, dostu Qay Pellinin toyundan qayıdırdı.

Milli.Az ABC-yə istinadən bildirir ki, şahzadə Uilyam qardaşı, şahzadə Harri ilə birlikdə Birləşmiş Ştatlarda səfərdədir.
 

Təyyarədəki sərnişinlər şahzadə Uilyamı görəndə şoka düşüblər və onun fotolarını çəkərək sosial şəbəkələrdə yayıblar.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.