Xorvatiyanın şimal-şərqindəki fermalardan birində 8 ayaqlı keçi balası doğulub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Xorvatiyanın Kutyevo bölgəsindəki fermer Zoran Papariçin "Şarka" adlı keçisinin doğduğu çəpişin anomallığı onun ayaqlarının sayı ilə bitmir.
Keçi balası həm erkək, həm də dişi reproduktiv orqanlarına malikdir.
Baytarların dediklərinə görə, keçi balasının anomallığının səbəbi onun anasının qarnında olarkən "əkiz bacısı" ilə birləşməsidir.
"Keçim Şarka iki sağlam baladan sonra bu səkkizayaqlını doğanda heyrətləndim. Elə bildim, gözlərim məni aldadır. Amma diqqətlə baxanda gördüm ki, səhv etməmişəm, keçi balasının 8 ayağı var", - Z.Papariç söyləyib.
Baytarlar deyirlər ki, bu anomal keçi balası iki həftə sağ qalarsa, ən azı 2-3 il yaşayacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.