Volvo-nun sürücüsüz avtomobilləri yollarda

7 May 2014 22:54
Volvo avtokonserni son istehlakçılara əlçatan olan sürücüsüz maşınların istehsalına başlayıb. Hələ ki yalnız 100 avtomobil buraxılıb və maşınların bəziləri mayın əvvəlində İsveçin Qetenborq şəhərinin küçələrində görsənib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sürücüsüz avtomobillərin mövcudluğu yeni xəbər deyil. Belə ki, hələ 2010-cu ildə Googleun sürücüsüz avtomobilləri haqqında xəbər yayılıb. Amma Volvonun belə nəqliyyat vasitələri adi orta statistik istehlakçı üçün nəzərdə tutulub.

Bu avtomobillər düz zolaq üzrə hərəkət etməyə, sürət rejiminə riayət etməyə və axınla getməyə qadirdir - Volvonun texniki mütəxəssisi Erik Koelinx deyib. Layihə Drive Me adlanır və son nəticədə avtomobilin sürücüsüz idarəetməyə keçidini nəzərdə tutur.

Milli.Az