Milli.Az 4charx.com-a istinadən bildirir ki, hər kəs bilir ki, kiçik şəhər avtomobili ilə iri krossover arasında seçim etmək asan iş deyil. Bir tərəfdən yanacağa qənaət etmək istəyirsən, digər tərəfdən isə nə vaxtsa divan, və ya kürsü daşımaq istəyəndə hər dəfə yük maşını icarə etmək də istəmirsən. Dizayner Kənan Xəliloğlunun Split&Go konsept avtomobili iki növ nəqliyyat vasitəsini birləşdirmək yolu ilə bu problemi həll edə bilər.
Səkkiz yerli miniven çox da mürəkkəb olmayan manipulyasiyaların hesabına balaca heçbekə çevrilə bilir. Maşının hər təkərinin öz ayrıca elektrik mühərriki var. Təqdim edilən layihə hələlik yalnız konsepsiya olsa da güman etmək olar ki, iri avtomobillərdən balaca və ya əksinə çevrilən avtomobillər gələcək avtomobil nəsilləri üçün bir ideyadır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.