"Eurovision 2014": bu gecə alovlu şou var!
6 May 2014 10:55
Bu gün Danimarkada "Eurovision 2014" mahnı yarışmasının birinci turu keçiriləcək. Milli.Az xəbər verir ki, Kopenhagen şəhərindəki "B&W" arenada baş tutacaq yarışmada Azərbaycan təmsilçisi Dilarə Kazımova da çıxış edəcək. Yarışmaya bu gecə Bakı vaxtı ilə saat 00:00-a start veriləcək.
"JoinUs" (Bizə qoşul) devizi altında keçirilən müsabiqədə bu il 37 ölkə iştirak edir.
Bu gecə keçiriləcək mərhələdə isə 16 ölkə yarışacaq. Yalnız 10 ölkənin təmsilçisi finala vəsiqə qazanacaq.
İlk mərhələdə yarışa çıxan ölkələr aşağıdakılardır:
Azərbaycan, Dilarə Kazımova, "Start a Fire"
Latviya, Aarzemnieki, "Cake to Bake"
Estoniya, Tanya, "Amazing"
İsveç, Sanna Nilsen, "Undo"
İslandiya, Pollapönk, "No Prejudice"
Albaniya, Hersi, "One Night's Anger"
Rusiya, Tolmaçova bacıları, "Shine"
Ukrayna, Mariya Yaremçuk, "Tick-Tock"
Belçika, Aksel İrsu "Mother"
Moldova, Kristina Skarlat, "Wild Soul"
San-Marino, Valentina Monetta "Maybe (Forse)"
Portuqaliya, Suzi "Quero ser tua"
Hollandiya, The Common Linnets, "Calm After the Storm"
Monteneqro, Sergey Çetkoviç "Moj svijet"
Macarıstan, Andraş Kallai-Sonders, "Running"
Ermənistan, ifaçı Aram, mahnı "Not Alone"
Milli.Az