Danimarkanın Kopenhagen şəhərində Eurovision-2014-ün təntənəli açılış mərasimində Azərbaycan təmsilçisi Dilarə Kazımova da iştirak edib.
Milli.Az Eurovision Azerbaijan-a istinadən bildirir ki, Kopenhagendəki City Hall-dakı mərasimdə Dilarəni bək-vokalçıları, rejissor və nümayəndə heyəti müşayiət edirdi.
"Mərasimdə bu qədər gözəl insan, sənətçi və jurnalistləri görmək çox xoşdur. Burada Eurovision ruhu var. Hər şey xoşuma gəldi", - D.Kazımova deyib.
Milli.Az