Bakının restoranları: "Sumax"da dadlı sürpriz
5 May 2014 18:51
Qida hər bir xalqın tək gündəlik həyatında deyil, həm də mədəniyyətində mühüm yer tutan amillərdəndir. Milli.Az xəbər verir ki, Day.Az saytının "Restoran tənqidi" rubrikasının aparıcısı bu işin qurmanıdır. O, Bakının restoranlarını gəzərək hər dəfə bir restoran haqda təəssüratlarını yazır. Bu dəfə "Sumax" restoranı hədəfdədir.
Məqaləni yazmaq üçün saytın əməkdaşı həmin restoranda olub və təəssüratlarını qələmə alıb. Məqalədə qeyd olunur ki, bu restoran tək dadlı yemək həvəskarlarının deyil, bu işin mütəxəssislərinin də diqqətini cəlb edir. Bu restoranın fərqli cəhəti mətbəxin açıq olmasındadır. Mətbəxin necə işlədiyini tək müştərilər deyil, küçədən keçənlər də görə bilərlər.
Adının ekzotik olmasına baxmayaraq, restoranın interyeri modern üslubdadır. Amma milli ornamentlərlə bəzədilmiş xalçalar restorana milli çalarlar da bəxş edir.
Həmin restoran haqqında daha ətraflı məlumat əldə etmək üçün bu keçidə daxil olun.
Milli.Az