Milli.Az xəbər verir ki, aznews.az-a daxil olan məlumata görə, Sumqayıtda dünən gecə saat 2-də baş verən hadisə zamanı Şaiq Məmmədovun idarə etdiyi 90 AF 501 nömrə nişanlı, İTV-yə məxsus olan "Honda Accord" markalı avtomobil yararsız hala düşüb. Qəzaya düşən avtomobildə direktor müavini ilə yanaşı İTV-nin başqa departament rəhbərlərindən biri də olub.İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini, "Həftənin yekunu" verilişinin aparıcısı avtomobil qəzası törədib