Azərbaycanlı müğənnidən rəhmətə gedən atası ilə bağlı ürəkağrıdan status

5 May 2014 18:01

"Səni son mənzilə yola salanda belə, yanında ola bilmədim"

Milli.Az mövqe.az-a istinadən xəbər verir ki, Humay Qədimova 16 ildir rəhmətə gedən atasını dünən yuxusunda görüb və o hisslərini sosial şəbəkədə paylaşıb:


"Bu gecə atamı yuxuda görmüşəm. Düz 16 ildir yuxuma gəlmirdi. O qədər arzulamışdım ki, səni yuxuda görüb, təsəlli tapım.
  

Çünki səni son mənzilə yola salanda belə, yanında ola bilmədim. Amma yuxuma gəlişinlə içimi parçaladın. Bircə söz dedin: "Çalış günah etmə. Sabah sənin görüşünə gələcəm. Allah bütün valideynlərə, dünyadan köçənlərə rəhmət eləsin!"

Milli.Az