Noyabrın 17-nə olan hava proqnozu
17 Noyabr 2010 06:00
Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur.
Cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə müsbət 9-11 dərəcə, gündüz müsbət 17-19 dərəcə olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, cənub küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə müsbət 4-9 dərəcə, gündüz müsbət 13-18 dərəcə, dağlarda gecə müsbət 5-9 dərəcə, gündüz müsbət 12-16 dərəcə təşkil edəcək.
Milli.Az