«Bank cənnəti»ndən 40 milyard dollar axacaq

16 Noyabr 2010 15:55
Milli.Az xəbər portalı "The Financial  Times"ə istinadən bildirir ki, idarə etdiyi özəl aktivlərin həcminə görə dünyada ikinci yeri tutan UBS bankı böyük itkilərlə qarşılaşa bilər. Özəl investorlar İsverçrənin bu bankından 40 milyard dollar və 40 milyard İsveçrə frankını çıxarmağa hazırlaşır.
Bu məblət UBS-in Avropa ölkələrinin vətəndaşları üçün açdığı offşor hesablarındakı pulların əhəmiyyətli hissəsini təşkil edir.
UBS "bank sirri" məsələsində İsveçrənin hakimiyyət dairələrinin güzəştə getməsindən sonra mümkün itkilərlə qarşılışa biləcəyini bəyan edən ilk İsveçrə bankıdır. Ekspertlərin dediklərinə görə, UBS böyük həcmdə birdəfəlik itkilər versə də, bu addım sonradan bankı xarici ölkələrin hökumətlərinin "bank sirri"nin qorunması ilə bağlı təzyiqlərindən xilas edə bilər.
Xatırladaq ki, 2009-cu ilin avqustunda rəsmi Vaşinqton və UBS arasında əldə edilmiş razılığa görə, bank Birləşmiş Ştatlarda vergidən yayınmaqda şübhəli bilinən 4450 amerikalı müştərisi barədə məlumatlar verib. Bu isə İsveçrədə "bank sirri"nin pozulması ilə bağlı indiyədək görünməmişh hal idi.

Milli.Az