İlin əsas musiqi müsabiqəsi başladı - YENİLƏNİB - VİDEO - FOTO

5 May 2014 10:17
09:57

Azərbaycandan Dilarə Kazımovanın təmsil olunduğu "Eurovision 2014" mahnı müsabiqəsinin təntənəli açılış mərasimi ötən gün Danimarkanın Kopenhagen şəhərində baş tutub. Milli.Az xəbər verir ki, Kopenhagen şəhərinin tarixi meriya binasına aparan qırmızı xalı üzərinə ilk olaraq sonuncu "Eurovision" qalibi Emili de Forest çıxıb. Ondan sonra yarışmada iştirak edən 37 iştirakçı ölkənin nümayəndələri qırmızı xalı üzərindən keçiblər.

İsveç, Macarıstan və İsrail builki müsabiqənin favoritləri sayılır.

Açılış mərasimində Kopenhagenin meri Frank Yensen də iştirak edib. O, müsabiqənin hər kəs üçün bayram olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bu il "Eurovision" mahnı müsabiqəsində 37 ölkə iştirak edəcək. Birinci yarımfinal mayın 6-da keçirilicək. Birinci mərhələdə 16 ölkə, o cümlədən də Azərbaycan iştirak edəcək. Mayın 8-də keçiriləcək yarımfinala isə 15 ölkə qatılacaq. Təsisçi ölkələrlə (Böyük Britaniya, Almaniya, İspaniya və İtaliya) birlikdə finalçılar yekun yarışmaya mayın 10-da çıxacaqlar.

Bu ilki "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı gənc müğənni Dilarə Kazımova "Start a fire" mahnısı ilə təmsil edir. O, müsabiqənin sıralamasında 11-ci yerdə çıxış edəcək.

Milli.Az


---------
10:17

Videonu izləmək üçün şəklə klikləyin.



---------
09:57

Böyütmək üçün şəkillərə klikləyin.