Lermontovun Qusarda yerləşən ev muzeyi - VİDEO

3 May 2014 17:59

Şair 1837-ci ildə Rusiyadan sürgün olunduğu vaxt bir müddət Qusar şəhərində yaşayıb

Bütün ədəbi və sənədli mətnlərdə Lermontovun yaşadığı bu ev şairin ev muzeyi kimi təqdim olunur. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, evin qarşısında şairin baralyefi də qoyulub. Amma hazırda ev şəxsi mülkiyyətdədir. Sahibi isə ölkə xaricində yaşayır. Bu səbəbdən ev muzeyinin qapıları bağlıdır. Həm də evin muzey kimi fəaliyyətə başlaması üçün nakam şairə aid kifayət qədər eksponat yoxdur. Şairə məxsus bir neçə əşya var ki, onlar da Qusar Tarix-Diyarşünaslıq muzeyində qorunur.

Bu il Lermontovun anadan olmasının 200 illik yubileyidir. Bu münasibətlə onun ev muzeyini və əşyalarını izləmək üçün hətta Rusiyadan da ziyarətçilər gəlir.

Lermontov burada yaşadığı qısa müdət ərzində rayonun Çiləgir kəndindən olan riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olur, Ləzgi Əhməddən "Aşıq Qərib" dastanını dinləyir. O, "Aşıq Qərib", "Qaçaq Hacı", "Qaçaq İsmayıl bəy" poemalarını, "Xəncər", "Ayrılıq" şeirlərini də məhz Qusarda yaşadığı dönəmlərdə yazıb.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.