Qamət Süleymanovun müavini saxlanıldı

3 May 2014 16:46
"Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov polis tərəfindən saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya dindarlar məlumat veriblər. Onların sözlərinə görə, bu gün A.Rəcəbovun Zaqatala rayonunun Muxax kəndində yerləşən mənzilində əməliyyat aparılıb.

Əməliyyat nəticəsində A.Rəcəbov saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya A.Rəcəbovun saxlanılması təsdiqlənib.

Lakin bu barədə əlavə açıqlama verilməyib.


Qamət Süleymanov da müavininin saxlanılmasından danışıb

"publika"ya istinadən bildirir ki, Adil radikal deyil: "Onunla bağlı hər hansı problem olduğuna inanmıram. Çünki o, radikallığa qarşıdır".

Q.Süleymanov qeyd edib ki, müavinin həbs ediləcəyinə inanmır.

"Ola bilsin ki, ümumi axtarışdır, onu da saxlayıblar. Amma həbs olunacağını gözləmirəm. Çünki həbsə problemli adamlar gedir", - o bildirib.


Milli.Az