Apple OS X-i təzələdi

3 May 2014 18:11
Tərtibatçıların növbəti WWDC konfransında Apple şirkəti OS X masaüstü əməliyyat sisteminin yenilənməsinə böyük diqqət ayıracaq. Bu haqda öz mənbələrinə istinadən 9to5Mac bloqu yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, nəşrin məlumatına görə, OS X əməliyyat sisteminin 10.10 versiyasınadək yenilənməsi son zamanlar ən mühüm dəyişikliklərdən biri olacaq. Məsələn, OS X interfeysinin dizaynı iOS 7 dizaynına oxşayacaq. Mənbələrin məlumatına görə, yeniləmənin kod adı Syrahdır (şərab istehsalında istifadə edilən üzüm sortu). 9to5Mac bloqunun müşahidəçisi, həmçinin bildirib ki, Apple şirkəti iOS 8 əməkdaşlarının bir hissəsini OS X üzərində işə keçirib.

WWDC konfransı 2-6 iyun 2014-cü il tarixində keçiriləcək.

Milli.Az