ABŞ-da öz bloqunun məşhurluğunu artırmaq üçün qadın beş yaşlı oğlunu zəhərləyib.
Milli.Az anspress-ə istinadən bildirir ki, övlad qatili olan ana 20 il azadlıqdan məhrum edilib.
Nyu-York sakini Leysi Spirs öz bloqunda oğlunun "sirli xəstəliyi" haqqında qeydlər aparırmış. Daha sonra aydınlaşıb ki, "sirli xəstəlik" ananın uşağa verdiyi duzun ölümcül dozaları ilə bağlı olub.
Məhkəmədə hakim qadına mərhəmət edib: "Sizə ən ağır cəza vermirəm. Mən sizə oğulunuz görmədiyi mərhəməti göstərirəm. Sizin cinayətiniz ağılasığmaz qəddarlıqdı".
Araşdırmalar zamanı məlum olub ki, Leysi Spirs "Münhauzen" sindromlu xəstədir. Bu xəstəliyə tutulan valideynlər ətrafındakıların diqqətini cəlb etmək üçün qəsdən övladlarını xəstə edirlər.
Milli.Az