Bakıda "Hammer"in altında qalan qadın xəstəxanada canını tapşırdı
16 Noyabr 2010 20:57
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə noyabrın 13-də saat 18:00 radələrində Hövsan qəsəbəsi Q.Şabanov küçəsində qeydə alınıb.
Türkan qəsəbə sakini Şahmar Quliyev idarə etdiyi "Hummer" markalı avtomobili ilə Zirə qəsəbə sakini Gülçiçək Ağayevanı vurub. Piyada "SuTikinti" xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, G.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbbə olma) maddəsi ilə cinayət işi başlanıb.
Milli.Az