Windows XP hələ ölməyib

2 May 2014 20:56
Bir neçə gün əvvəl Microsoft şirkəti Internet Explorer brauzerində təhlükəli boşluq tapılması haqqında məlumat yaymışdı. Proqram nəhəngi yeniləmə çıxaracağına söz verib, amma il öncə hesab edilirdi ki, o, Windows XP istifadəçilərinə əlçatan olmayacaq. Amma artıq rəsmi dəstəyi dayandırılmış XP sistemi üçün də buraxılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Microsoft rəsmilərinin sözlərinə görə, tapılmış boşluq çox təhlükəlidir və onun köməyi ilə istənilən kodu uzaq məsafədən icra etmək mümkündür. Qısa müddət ərzində brauzerdə sözügedən boşluğu aradan qaldıran yeniləmə buraxılıb.

Bundan başqa, Windows XP əməliyyat sisteminin çoxsaylı istifadəçiləri üçün artıq narahatçılığa heç bir əsas yoxdur. Microsoft şirkətinin rəsmi bloquna əsasən, rəsmi dəstəyin dayandırılmasına baxmayaraq, Windows XP üçün yeniləmə çıxarılacaq.

Şirkətin rəsmilərinin sözlərinə görə, tapılmış boşluq o qədər ciddidir ki, onlar qaydadan kənar iş görməli olublar.

Milli.Az