İlk və 4 terabaytlıq...

3 May 2014 22:13
SanDisk Corporation şirkəti yeni Optimus MAX bərk cisimli toplayıcı nümayiş etdirib. Şirkət onu SAS interfeysli 4 terabaytlıq sərt disklər (SSD) sahəsində dünyanın birinci bərk cisimli toplayıcısı adlandırır. Toplayıcının tutumu şpindelinin fırlanma sürəti dəqiqədə 10-15 min dövrə təşkil edən ən qabaqcıl 2,5 düymlü SAS interfeysli sərt diskdən yüksəkdir. Mütəxəssislər əmindirlər ki, onların qurğusu məlumat emalı mərkəzlərində ənənəvi sərt diskləri əvəz edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Optimus MAX-ın əsas fərqləndirici cəhətləri arasında SATA SSD ilə müqayisədə əlverişli qiyməti qeyd olunur. Bununla yanaşı, yeni toplayıcıların məhsuldarlıq və funksionallığı çox yüksək səviyyədədir. SanDisk Corporation şirkətinin korporativ məlumat saxlancı bölməsinin baş vitse-prezidenti və baş meneceri Con Skaramussonun sözlərinə görə, əksər şirkətlər çoxdandır sərt disklərdən (HDD) fləş-yaddaşdan istifadə edən həllərə keçmək üçün üsullar axtarır. İndiyədək bundan onları qiymət məsələsi çəkindirib, lakin Optimus MAX onları kompromisə getməyə məcbur etmir və özündə ən yaxşı keyfiyyətləri birləşdirir.

Yeni toplayıcı çoxlu texnologiya və funksiyanı, o cümlədən FlashGuard, DataGuard, EverGuard texnologiyalarını dəstəkləyir. Cari ilin üçüncü rübündə satışa çıxarılacaq qurğu 19 nanometrlik MLC NAND mikrosxemlərindən istifadə edir.

Milli.Az