Məşhur filmlərdəki sirr açıldı - VİDEO - FOTO

2 May 2014 18:11

"Pixar" studiyasının çəkdiyi "Toy Story", "Monster Univesity", "Finding Nemo", "A Bug's Life", "Up", "Brave", "The Simpsons" və "American Dad" kimi 45 animasiya filmlərində, habelə "Hunger Games: Catching Fire" və daha onlarla filmdə A113 simvoluna rast gəlmək olar.
 

Koda bənzəyən bu "A113"ün mənası, nə üçün çəkildiyi və ya göstərildiyi bilinmirdi.

Kütləvi informasiya vasitələrindən tutmuş, film və ya animasiya pərəstişkarlarına qədər ən müxtəlif müəlliflər çoxsaylı versiyalar irəli sürürdülər.

Fəqət, kimsə "A113"ün mənasını bilmirdi.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, kodun sirri açılıb.

"Pixar" studiyasının direktoru, "Oskar" mükafatı laureatı Bred Bördün dediyinə görə, "A113"ün mənası var.
 

"Çoxlarını düşündürən bu kod və ya rəqəm Kaliforniya İncəsənət İnstiututndakı sinfin nömrəsidir. Studiyamızın ilk animatorları məhz bu sinifdə qrafik dizayn və personaj animasiyasının sirlərini öyrənirdilər", - B.Börd deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.