Webby Awards-ın sahibləri bilindi

30 Aprel 2014 22:54
Ən yaxşı veb-layihələri seçən Webby Awards 2014 18-ci illik beynəlxalq internet mükafatının qaliblərinin adları elan edilib. Bu barədə tədbirin rəsmi saytında deyilir.

Webby Awardsın qalibləri ənənəvi olaraq iki kateqoriyaya bölünür: münsiflər heyətinin və istifadəçilərin seçimi. Komissiyanın tərkibinə Tumblr mikrobloqlar servisinin təsisçisi Devid Karp, aktyor Kevin Speysi və media maqnatı Arianna Hafiqton daxil olmaqla Beynəlxalq Rəqəmli Sənət və Elm Akademiyasının (International Academy of Digital Arts and Sciences) münsifləri daxildir. 200 ölkə istifadəçisinin iştirak etdiyi açıq səsvermə aprelin 24-də başa çatıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu il daha çox Vice Media (7), Google (5) və Tumblr (4) layihələri mükafata layiq görülüb. Ən yaxşı biznes bloqu ardıcıl üçüncü il Mashable portalı, ən yaxşı əyləncəli kanal -Vimeo, ən yaxşı sosial servis - Tumblr, ən yaxşı səyahət sayt və əlavəsi - Airbnb seçilib.

İlin tərəqqisi kimi Kickstarter maliyyələşdirmə servisi seçilib. Servisin köməyi ilə son aylar çoxlu film, kitab, oyun, texnoloji start upların təqdimatı olub. Dizayn və istifadəçi təcrübəsinə görə Twitter servisinin Medium platforması mükafata layiq görülüb.

Bundan başqa, Vine ən yaxşı servis seçilməklə mükafat alıb.

1996-cı ildə təsis edilən Webby Awards beynəlxalq peşəkar internet mükafatı hər il dünyanın ən yaxşı veb-layihələrinə, o cümlədən saytlara, internet-reklam, şəbəkə videoçarxlarına, servis və mobil telefonlar üçün veb-səhifələrə təqdim olunur.

Milli.Az