Yeni Macbook Air belə olacaq

30 Aprel 2014 19:57
MacBook Air noutbuklar xətti tezliklə yenilənəcək. Yeni nəsil Intel Haswell çipi ilə işləyəcək ki, bu da iş sürətini artırmağa icazə verəcək və noutbukların qiyməti 100 dollar azalacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, MacBook Air görünüşcə dəyişməyib. Noutbuk əvvəlki kimi 4 Qb əməli yaddaş, 128 və ya 256 QB-lıq fləş-disk, 1440×900 təsvir ölçülü ekran, Thunderbolt və USB 3.0 portları ilə təchiz edilib. Retina ekran və təkmilləşdirilmiş batareya hələ ki yalnız MacBook noutbuk istifadəçilərinin arzularında mövcuddur.

Milli.Az