Dünyanın texnologiya nəhəngləri də Rusiyaya qarşı
30 Aprel 2014 13:26
Microsoft, Oracle, Symantec və Hewlett-Packard şirkətləri də Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəklər. Amerikaya məxsus bu şirkətlər Rusiyanın bankları və şirkətləri ilə əməkdaşlığı dayandırırlar. Milli.Az-ın məlumatına görə, bu barədə Gazeta.ru-ya Rusiyanın iki bankının İT şöbəsində çalışan əməkdaşı məlumat verib.
Microsoft və Oracle-ın nümayəndələri sanksiyaya tuş gələn banklarla danışıblar və xidmətin dayandırılacağını bildiriblər. Bununla belə, hələ ki, bankları öz sistemlərindən ayırmayıblar. Oracle şirkəti əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Milli.Az