Şəhər mərkəzində şou və paltar davası - FOTO

30 Aprel 2014 11:30

Britaniyanın ən məşhur modellərindən olan Keyt Moss dünən yeni kolleksiyasını təqdim edib.
 

Londonun mərkəzindəki Oksford-stritdəki "Topshop" butikindəki təqdimat mərasiminə minlərlə şəhər sakini qatılıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Keyt Mossun 4 illik fasilədən sonra satışa çıxardığı yeni kolleksiyanı əldə etməyə çalışan londonluların dükanın qarşısındakı basabas və tıxacını media "paltar davası" adlandırıb.
 

Kolleksiya əlçatan qiymətə olan geyimlərdən ibarətdir. Həmin paltarların ən bahalısı 600 funt-sterlinqdir.
 

Bu gündən etibarən həmin kolleksiya "Topshop"un dünyanın 41 ölkəsindəki 246 butikində satışa çıxarılacaq.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.