Skype-da sürpriz yenilik

29 Aprel 2014 20:56
Skype proqramının tərtibatçılar komandası bəyan edib ki, qrup videozəngləri funksiyası ödənişsiz olacaq. İlk öncə proqramın Windows, Linux əməliyyat sistemləri və Xbox One konsolu üçün versiyalarında ödəniş ləğv ediləcək, daha sonra Skypeın mobil versiyalarında da videozənglər ödənişsiz olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəllər Skypeda qrup videozəngləri yalnız Skype Premium abunəsi olan istifadəçilər üçün əlçatan olub. Bu xidmətin haqqı isə gündəlik 4.99 və ya aylıq 8.99 dollar olub.

Milli.Az