Samsung kamerafon buraxdı - VİDEO - FOTO
29 Aprel 2014 11:46
Samsung şirkəti 10 dəfəyə qədər yaxınlaşdıra bilən optik zumla və 6 nüvəli prosessorla təchiz olunmuş kamerafon təqdim edib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, o Galaxy seriyasından olan mobil fotoqrafiya həvəskarları üçün nəzərdə tutulub.
"Samsung Galaxy K zoom" adı verilən bu smartfon üç rəngdə - qara, ağ və mavi rənglərdə təqdim olunub.
Bu smartfon Galaxy S5-dən bir qədər güclüdür. 6 nüvəli Exynos 5 Hexa prosessoru, 2Gb-lıq operativ yaddaş və 8 Gb daxili yaddaşla təchiz edilib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
Böyütmək üçün şəkillərə klikləyin.