İTV-dən pozuntu ilə bağlı AÇIQLAMA

28 Aprel 2014 17:42
Bu gün Beynəlxalq daşımaçılıqla məşğul olan "Blue Water Shipping Caspian Ltd" şirkətinin İctimai Televiziya və Radio Yayımları şirkətini məhkəməyə verdiyi barədə xəbər vermişdik.

Məlumatda qeyd olunurdu ki, daşımaçılıq şirkəti "İctimai Televiziya və Radio Yayımları" şirkətindən gördüyü iş müqabilində pul tələb edir.

Milli.Az xəbər verir ki, "Qafqazinfo" məsələyə münasibət öyrənmək üçün İTV ilə əlaqə saxlayıb. İTV-dən verilən məlumata görə, məhkəmə prosesinin indiki rəhbərliklə heç bir əlaqəsi yoxdur: "Bu hadisə 2012- ci ildə Bakıda keçirilən "Eurovison" mahnı müsabiqəsi ilə bağlıdır. O zaman İTV üzərinə bəzi öhdəliklər götürüb. Ancaq bunu yerinə yetirməyib. Hazırda işə məhkəmədə baxılır. Məhkəmənin verəcəyi qərara əsasən işimizi görəcəyik".

Milli.Az