Milli.Az aznews.az-a istinadən xəbər verir ki, gənc aktyor Rza Rzayevin müsahibələrinin birində işlətdiyi bu cümlə çoxdan hazırlamaq istədiyim, indi oxuduğunuz bu yazının yazılması üçün bir stimul oldu. Doğrudan da, əksər hallarda məşhurluq həmin insanların daxili bədbəxtliklərini ört-basdır eləməkdən başqa bir şeyə yaramır. İstənilən populyar adamın-aktyorun, aktrisanın, məmurun şəxsi həyatına nəzər salanda görürsən ki, adi insanlarla onları fərqləndirən yeganə cəhətləri elə məşhur olmalarıdır. Elə indi haqqında danışacağım xalq artisti Səyavuş Aslanı da. Səyavuş Aslan heç şübhəsiz ki, Azərbaycanın teatr və kino sənətinin titan aktyorlarındandır, amma..."Populyarlıq evdə bədbəxt olanların çöldəki xoşbəxt görüntüsüdür"