Forumu "Caspian European Club"un baş icraçı direktoru Telman Əliyev açmışdır. Bundan sonra çıxış edən forumun sədri, energetika naziri Natiq Əliyev 2014-cü ilin Azərbaycan və Xəzər regionu ölkələri üçün əlamətdar bir il olduğunu demişdir.
Qeyd olunmuşdur ki, cari ildə Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Bakıda beynəlxalq neft şirkətləri konsorsiumu ilə imzalanmış "Azəri", "Çıraq", "Günəşli" yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə "Əsrin Müqaviləsi"nin 20 illik yubileyi təntənəli surətdə qeyd ediləcəkdir. Belə bir forumun məhz "Əsrin Müqaviləsi"nin 20 illik yubileyi çərçivəsində keçirilməsi olduqca əlamətdar hadisədir. Nazir öz çıxışında hazırkı qlobal siyasi situasiyada Avropanın enerji təhlükəsiliyi məsələlərində Azərbaycanın artan rolunun düzgün dəyərləndirilməs
Sonra forum öz işini sessiyalarla davam etdirmişdir.
Sessiyada ABŞ səfiri Riçard Morninqstar çıxış edərək, Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malik Trans-Anadolu Qaz Kəməri (TANAP), Transadriatik Qaz Kəməri (və "Şahdəniz-2") layihələrinin Azərbaycanın liderliyi ilə reallaşdırılması
Tədbirdə çıxış edən ARDNŞ-in birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə də TANAP və TAP layihələrinin Azərbaycan üçün xüsusi önəmindən, "Şahdəniz-2" yatağından hasil edilən təbii qazın Avropa bazarlarına çıxarılması ilə Azərbaycanın Avropa və dünya iqtisadi məkanında mövqelərinin daha da möhkəmlənəcəyind
Forumda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin baş direktoru Göksel Aybek "Azərbaycanın tikinti sektorunda innovasiya liderləri və investisiyalar" mövzusunda çıxış etmişdir. Azərbaycan Respublikasında xüsusilə son onillik ərzində müşahidə edilən iqtisadi artım göstəricilərinə diqqət çəkən "Akkord" rəhbəri ölkədəki əlverişli iqtisadi mühitin sahibkarlığın inkişafına yaratdığı münbit şəraitdən danışmış və bu inkişaf mühitinin milli şirkətlərimizin həm ölkə daxilində, həm də xaricdə uğurlu fəaliyyət göstərməsi üçün əsaslı zəmin yaratdığını vurğulamışdır.
Göksel Aybek sənaye-tikinti şirkəti olmasına baxmayaraq, "Akkord"un enerji forumunda təmsil olunmasının təsadüfi olmadığını və rəhbərlik etdiyi Korporasiyanın bundan sonrakı dövr ərzində enerji daşıyıcılarının nəqli üzrə beynəlxalq layihələrdə iştirak etməkdə qərarlı olduğunu bəyan etmişdir. Baş direktor bu istiqamətdə atılan əsas addım kimi, "Akkord" Korporasiyasının Avropa Birliyi ölkələrinin böyük önəm verdiyi, Azərbaycan qazını Türkiyə və Avropaya nəql edəcək Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) 1.810 km quru sahəsində inşaat işləri üzrə elan edilmiş tender prosesinə qatıldığını bildirmiş, bu prosesdə prekvalifikasiya mərhələsini keçən 15 şirkət və konsorsium arasında "Akkord"un yeganə Azərbaycan şirkəti olduğunu vurğulamışdır. Göksel Aybek Korporasiyanın bu layihədə iştirak etmək üçün SICIM S.p.A. (İtaliya) və Yüksel İnşaat A.Ş. (Türkiyə) ilə birgə konsorsium yaratdığını da diqqətə çatdırmışdır.
Korporasiyanın sahib olduğu güclü maddi-texniki bazaya və insan resursları potensialına arxalanaraq ölkə paytaxtında metro stansiyalarının tikintisi kimi böyük infrastruktur layihəsinə də qoşulmaq istəyində olduqlarını bildirən Baş direktor bu məqsədlə 2011-ci ildən Fransanın "Bouygues Travaux Publics" şirkəti ilə əməkdaşlıq edildiyini və bunun nəticəsi kimi "Caspian Mobility Group" adlı birgə müəssisənin yaradıldığından da danışmışdır.
Baş direktor Bakı Metropoliteninin "Yaşıl xətt"inin "Xətai"-"Y15" stansiyaları arasındakı tunellərin və "Y14" stansiyasının tikinti-qurşdırm
Forumda "Akkord" Korporasiyasının fəaliyyət istiqamətləri, icra etdiyi layihələr və perspektiv planlarına həsr olunmuş geniş prezentasiya da iştirakçılara təqdim olunmuşdur.
Cari hesabata əsasən, hazırda Korporasiya ölkə daxilində və Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkiyə kimi ölkələrdə magistral yollar, tunel, körpü, keçidlərin tikintisi və s. kimi infrastruktur layihələrin icrası sahələrində, həmçinin Almaniya, Rusiya və Albaniyada perspektiv layihələrlə bağlı filial və törəmə şirkətləri ilə fəaliyyət göstərir.
Korporasiya indiyədək ölkə daxilində və xaricdə 25 yol infrastrukturu layihələrini tamamlayaraq təhvil vermişdir. Hazırda Azərbaycanın 5 rayonunda - Şəmkir, Tovuz, Ağstafa, Sabirabad və Cəlilabad rayonlarında su təchizatı və kanalizasiya infrastrukturunu
Cari ildə fəaliyyət profilini daha da genişləndirmək niyyətində olan "Akkord"un əsas məqsədi ölkə Prezidenti İlham Əliyev cənablarının 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı bu il yanvar ayının 10-da imzaladığı Sərəncama və mart ayının 12-də bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün nəzərdə tutulmuş "Tədbirlər planı"na uyğun olaraq, ölkəmizin sənaye gücünün və ixrac potensialının artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsində yaxından iştirak etməkdən ibarətdir. Bu məqsədlə Korporasiyanın sahib olduğu, sement, beton, mərmər və qranit, asfalt, qum-çınqıl, kərpic, dəmir-beton konstruksiylar və s. kimi əsas tikinti materiallarının istehsalı və emalı ilə məşğul olan 39 zavod və fabrikinin fəaliyyəti daha da təkmilləşdirilir
Korporasiyanın inşa edərək 2013-cü ildə işə saldığı, illik istehsal həcmi 1 milyon ton olan Qazax Sement Zavodunun da bu baxımdan ölkə üçün xüsusi əhəmiyyəti var. Yaxın gələcəkdə ikinci istehsal xəttinin quraşdırılması ilə bu zavodun illik istehsal gücünün 3 milyon tona çatdırılması nəzərdə tutulub.
Tədbirdə "Akkord"un təqdimat videoroliki də iştirakçılara nümayiş etdirilmişdir.