Yaponlar GPS-ə alternativ yaradırlar

28 Aprel 2014 19:57
Yaponiyanın Mitsubishi Electric şirkəti 2018-ci ilədək 1-3 sm dəqiqliklə işləyəcək yeni GPS sistemini tətbiq edəcək. Quazi-Zenith Satellite System (QZSS) adlanan sistem peyklər qruplaşması yerətrafı orbitə buraxıldıqdan sonra işləyəcək. İstehsalçılar bildiriblər ki, QZSS sayəsində avtomatlaşdırılmış idarəetməyə malik avtomobillər öz avtomagistral zolağında təhlükəsiz hərəkət edə biləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Mitsubishi Electric şirkətinin Advanced Technology R&D Center elmi tədqiqat bölməsinin mühəndisi Yuki Sato deyib ki, hazırda tətbiq edilən ABŞ-ın GPS sistemi 10 metrədək səhv buraxa bilər ki, bununla əlaqədar tez-tez səhv və nasazlıqlar baş verir.

Milli.Az