Çinlilərdən yeni "həftəbecər" - FOTO
28 Aprel 2014 21:37
Pekində Beijing Auto şirkəti dizaynını müxtəlif tanınmış avtomobillərdən köçürdüyü BAIC BJ80 yolsuzluq avtomobilini nümayiş etdirir. Avtomobilin kuzovunun silueti tam dəqiqliklə Mercedes-Benz G-Class modelini xatırladır. Qabaq faralar Land Rover Discovery üslubundadır, radiator barmaqlığı isə Hummer və ya Jeep modellərində olduğu kimidir. Avtomobil 80 VJ hərbi cipi surətində və onun kimi hazırlanıb, amma hələlik o konseptdir. BAIC BJ80 seriya modeli tezliklə işıq üzü görəcək. Milli.Az 4charx.com-a istinadən bildirir ki, 2012 -ci ildə Daimler konserni ilə əldə edilmiş razılığa əsasən Beijing Auto şirkəti Mercedes G-Class arxtekturundan istifadə etmək hüququ əldə edib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.