Trend-in məlumatına görə, ADA Universitetinin, Xarici İşlər Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycanın digər dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.Bu gün ADA Universitetində Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib