"Nargin" adası kimi tanınan "Böyük Zirə" adasının gələcək taleyi memarların yaradıcılıq müzakirəsinə verilib. Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, aprelin 26-da Azərbaycan Memarlar İttifaqında "Azərbaycan mirvarisi" adlanan turizm layihəsinin müzakirəsi keçirilib. Tanınmış memar Rasim Babakişiyev təqdim etdiyi layihənin əsas məqamları barədə tədbir iştirakçılarını məlumatlandıraraq bildirib ki, adanın relyefi burada hər cür infrastruktur yaratmağa imkan verir. Layihədə müasir dövrün bütün tələb və təklifləri nəzərə alınıb. Adaya gələn turistlər burada qədim Azərbaycan ənənələrini görmək imkanını qazanacaqlar. Layihənin əsas üstünlüyü isə odur ki, burada yaşayan sakinlər üçün bütün infrastruktur layihələri icra olunacaq."Azərbaycan mirvarisi" layihəsi müzakirəyə çıxarıldı