Park Cinema Metro Park kinoteatrının açılışından bir il ötdü - FOTO

25 Aprel 2014 16:09

Artıq bir ildir ki, fəaliyyətdə olan kinoteatr kino həvəskarlarını sevindirir. Altı zaldan ibarət ikinci kinoteatrın açılışı 2013-cü ilin aprel ayında Metro Park TƏM-də baş tutmuşdu. Bu təntənəli hadisə ötən yaz şəhərimizin həyatında baş verən ən önəmli hadisələrdən biri idi.

Bir il müddət ərzində kinoteatrın artım göstəriciləri xeyli yüksəlib və işçi heyəti 2014-cü ildə də yalnız əsaslı və məqsədyönlü inkişafa doğru istiqamətlənib. İlk altı ay müddətində kinoteatra gələnlərin sayı ayda 18 min nəfər idisə, növbəti altı ayda bu göstərici iki dəfə artaraq, gözlənilən nəticələri 50% üstəliyib. Bir il müddətində burada 200-dən artıq yeni film göstərilmişdir.
 

"Biz böyük auditoriya toplaya bilmişik, və sevindirici haldır ki, insanlarda kino mədəniyyətini bərpa etdirməyə, nəhayət ki, müvəffəq olduq. Tez-tez verilən suallardan biri "filmlərə nə zaman ana dilimizdə baxa biləcəyik?" sualıdır. Bunun üçün tamaşaçıların sayı daha da artmalıdır. Biz bu rəqəmə gündən-günə yaxınlaşırıq. Bu il daha iki meydançanın açılmasını planlaşdırmışıq: Zaqulba TƏM-də dörd zaldan ibarət kinoteatr və Bakıda Flame Towers kompleksində İmax", - deyərək şəbəkənin direktoru Namiq Quliyev xəbər verdi.
 

Qeyd edək ki, Park Cinema kino sənayesinin ən müasir və qabaqcıl texnologiyalarını tətbiq edən, kinoproyeksiya avadanlığı və audiosistem sahəsində ən son yeniliklərdən istifadə edən kinoteatrlar şəbəkəsidir.
 

Şəbəkənin kinoteatrlarında dünya kinoprokatının ən son filmləri nümayiş etdirilir, müntəzəm şəkildə jurnalist və blogerlər üçün baxışlar və digər mədəni-kütləvi tədbirlər keçirilir. Hər kinoteatrda müştəriləri müasir interyer, rahat kafe və barlar, yüksək səviyyəli xidmət və müxtəlif əyləncələr gözləyir.
 

Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Burada ölkədə ilk dəfə olaraq 3D və HFR formatları təqdim olunmuşdur. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.
 

Böyütmək üçün şəkillərə klikləyin.