Antonio Banderos fotolarını sərgiləyir

12 Noyabr 2010 21:02
Məşhur aktyorun fotoşəkillərinin sərgisi Servantes institutunda təşkil edilib.
Aktyorun "Qaranın üstündəki sirlər" adlanan işlərindən ibarət kolleksiyanın əsas mövzusu qadınlardır. 23 eksponatdan 7 fotoşəkil auksionda satışa çıxarılacaq. Əldə edilən vəsait xeyriyyə məqsədilə sərf ediləcək.

Təşkilatçılar sərginin Madriddən Buenos-Ayresə, oradan da Rio De Janeyroya gedəcəyini bildirib.

/ANS-PRESS/